Ölkə
04 avqust 2020
355
Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir – VİDEO
Şadlıq evləri mövcud vəziyyətə görə artıq demək olar ki, müflis olmaq dərəcəsindədirlər.
Baku TV xəbər verir ki, orada işləyən işçilərə də artıq ödəniş olunmur. Bu dövr ərzində toy və digər mərasimləri təşkil edə bilməyən şadlıq sarayları gəlirsiz qalıb.
Düzdür, sahibkarlara dövlət tərəfindən müəyyən qədər dəstək göstərildi, amma şadlıq evi sahiblərinin sözlərinə görə o da ilk iki ay müddətində ödənildi, daha sonra isə…
Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. Aylardır ki, kiminsə evindən “Vağzalı” səsi eşidilmir. Bəzi ailələr sakit, səs- səmirsiz toy edir, toy demək olarsa əgər…
Mövcud vəziyyət toy sahiblərinə də həm mənəvi, həm maddi ziyan vurur.
Yəqin ki, ən gözəl adətlərimizdən olan toyu elə adətə uyğun keçirməyi gözləyən toy sahiblərinə, həmçinin şadlıq evlərinə səbrli olub gözləməkdən başqa çarə yoxdur. Gözləyək ki, bu bəla da başımızdan sovuşsun, həyat da öz axarına qaldığı yerdən davam etsin.
Daha çox xəbər:
Bankı, restoranı, şadlıq sarayı, villası olmayan nazirlər…
CəmiyyətToylarla bağlı — MÜHÜM AÇIQLAMA
ÖlkəSərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş — Baş infeksionist
ÖlkəYas mərasimləri bu qaydalarla keçirilməlidir — Komitə sədrindən TƏKLİF
CəmiyyətKeçici də olsa, rus olmağı gözə almağa dəyər – Fazil Mustafadan çağırış
Siyasət