Ölkə
07 avqust 2020
307
Çimərliklər həftəsonu fəaliyyət göstərməyəcək? — RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, həftəsonu çimərliklərdən istifadəyə heç bir məhdudiyyət qoyulmayıb. Vətəndaşlar əvvəlki günlərdə olduğu kimi qaydalara əməl edərək çimərliklərdən istifadə edə bilərlər.
Qeyd edək ki, cimerlik.az saytında 100-dən çox çimərlik barədə məlumat yerləşdirilib. Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.

Daha çox xəbər:

Çimərliklərdən ilk görüntülər - Video
Maraqlı, Video
Həftəsonu taksilər necə fəaliyyət göstərəcək? — RƏSMİ AÇIQLAMA
Ölkə
Həftəsonu sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək? — RƏSMİ AÇIQLAMA
Cəmiyyət
Bu həftəsonu da evdən çıxmaq qadağan olunacaq? — RƏSMİ AÇIQLAMA
Cəmiyyət
Bakıda çimərliklər açılır – Bu çimərliklərdə çimməyə icazə var
Ölkə