Ölkə
14 avqust 2020
386
Yeni London taksilərinin hansı özəllikləri var? — VİDEO

Bakıya elektriklə çalışan 100 ədəd London taksisi gətirilib. Bu taksilərin eletriklə çalışmasından əlavə, bir çox özəllikləri var.
Baku TV bu taksilərin özəllikləri ilə tanış olub.
Altı nəfərlik sərnişindaşıma qabiliyyəti olan bu salonun bir oturacağının özəlliyi var. Belə ki fiziki qüsurlu şəxslər həmin bu oturacaq vasitəsilə rahatlıqla taksidən enə bilərlər. Yeni taksilərdə sərnişinlərlə yanaşı, sürücülərin də rahatlığı nəzərdə tutulub.
Bu taksilər ətraf mühitə və ekologiyaya ziyanın sıfıra enməsinə səbəb olacaq. Elektriklə işləyən bu taksilərin cərayanını xüsusi yanacaqdoldurma məntəqələri ilə yanaşı, ev şəraitində də artırmaq mümkündür. Bu taksilər düz 130 km yolu elektriklə çalışır. Daha sonra rejimini dəyişmək mümkündür.
Qeyd edək ki, yeni taksilər artıq bu gündən etibarən hissə-hissə paytaxt sakinlərinin xidmətinə verilib.
Daha çox xəbər:

İngiltərədə kraliçanın mühafizəçiləri bu səbəbdən İŞDƏN ÇIXARILDI
Dünya
Həftəsonu taksilər necə fəaliyyət göstərəcək? — RƏSMİ AÇIQLAMA
Ölkə
Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? — ...
Ölkə
SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi
Cəmiyyət
Rayona gedənlərlə bağlı təcili xəbər: Şöbə rəisi qaydaları açıqladı — VİDEO
Gündəm, Cəmiyyət