Ölkə
21 sentyabr 2020
274
XİN-dən hərbçimizin şəhid olması ilə nəticələnən düşmən təxribatı barədə AÇIQLAMA
Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi Ermənistan - Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub:
“Ermənistan XİN-in bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edən ən son açıqlaması və bu ölkənin Xarici İşlər nazirinin münaqişənin sülh yolu ilə həllinə çağırış edən bəyanatının ardınca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir.
Düşmən qüvvələrinin Ermənistan - Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizə Allah rəhmət eləsin!”
Daha çox xəbər:
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
KriminalAzərbaycan Ordusunun şəhid olan çavuşu Tovuz rayonundandır, 3 övladı var
BölgəRəsmi Bakıdan Mnatsakanyanın fikirlərinə CAVAB
SiyasətYəhudilərdən ermənilərin Tovuz təxribatı ilə bağlı — SƏRT BƏYANAT
DünyaSON DƏQİQƏ: Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedi ...
Gündəm, Ölkə