Ölkə
25 sentyabr 2020
237
TƏBİB rəsmisindən karantinin sərtləşəcəyi xəbərlərinə MÜNASİBƏT
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində ölkədəki epidemioloji vəziyyət haqqında danışıb.
O qeyd edib ki, tez-tez səslənən karantin şərtlərinin sərtləşəcəyi fikrinə inanmır:
“Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə, inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun.
Ola bilər ki, yoluxmaların sayında artım görülsün. Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik”.
Daha çox xəbər:
"Qapalı şəraitdə toy etmək olar" - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLAD ...
CəmiyyətVətəndaşlara cip taxılacaq? – TƏBİB rəsmi açıqlama yaydı
ÖlkəTƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər” — VİDEO
ÖlkəKarantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
CəmiyyətTƏBİB: “Karantin rejimindən yorulmuşuq”
Cəmiyyət