Ölkə
16 iyun 2020
1041
Azərbaycanda daha bir xəstəxanada koronavirus xəstələrinin görüntüləri yayıldı — VİDEO
.jpg)
Sumqayıtda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanadan görüntülər yayılıb.
Oxu.az xəbər verir ki, görüntülər şəhərin 1 saylı Xəstəxanasında çəkilib.
Videoda görünən pasiyentlərin COVID-19 xəstələri olduğu iddia edilir.
Xəstəxananın reanimasiya şöbəsində çəkildiyi iddia edilən görüntülərin tibb işçisi tərəfindən lentə alındığı ehtimal olunur.
Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-ın sorğusunu cavablandırıb.
O bildirib ki, sözügedən məsələ ilə bağlı başlayan araşdırma yekunlaşıb:
“Aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhər 1 saylı Xəstəxanasının reanimasiya şöbəsindən video çəkən tibb bacısı müəyyən edilib. Aidiyyəti üzrə həmin tibb bacısı etdiyi əmələ görə inzibati qaydada cəzalandırılıb”.

Daha çox xəbər:

Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
Cəmiyyət
AzTV-nin ölən əməkdaşının səsyazısı ilə bağlı araşdırma başladı
Kriminal
Koronaviruslu xəstənin "Semaşko"dan yaydığı video ilə bağlı AÇIQLAMA
Gündəm, Ölkə
Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara ba ...
Kriminal
Sumqayıtda bu xəstəxana bundan sonra artıq koronavirus xəstələrinə xidmət g ...
Cəmiyyət