Ölkə
06 oktyabr 2020
349

İlhamə Cabbarova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlhamə Cabbarova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarovadır.

6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

İlhamə Cabbarova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlhamə Cabbarova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Prezident İlham Əliyevdən nümunə götürən İlhamə Cabbarovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlhamə Cabbarova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!

İlhamə Cabbarova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarova - Əzəli torpaqlarını işğalçılardan təmizləmək Azərbaycanın qanuni haqqıdır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqları mənfur qonşumuz olan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Təəssüflər olsun ki, BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də bu problemin həllində susur.
Ermənistan hökuməti 30 ildir davam edən münaqişənin həll edilməsində maraqlı deyildir. Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemioloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.
İşğalçı Ermənistan cari ilin 27 sentyabr tarixindən başlayaraq öz layiqli və sərt cavabını almaqdadır. Azərbaycan torpaqlarının uzun müddət işğalda saxlanılması, ərazi bütövlüyümüzü tanımaq istəməməsi, danışıqlardan imtina etməsi Dağlıq Qarabağ probleminin həllinin çox böyük bir düyünə salır.Azərbaycan danışıqlar naminə danışıqlar aparmayacağını və bu problemi əbədi olaraq saxlamaq fikrində olmadığını Ermənistana eləcə də beynəlxalq aləmə dəfələrlə elan edib.
2016-cı il aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Ermənistanın məğlubiyyəti ona dərs olmalıdır. Ali Baş Komandan dəfələrlə bildirib ki, bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Bütün beynəlxalq platformalarda Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərini həmişə çatdırıb. Son günlər ölkə başçısı BMT-nin 75 illik iclaslarında və debatlarında da iştirak edərək Azərbaycan həqiqətlərini bir daha səsləndirdi və ermənilərin yeni müharibəyə hazırlaşdığını vurğulayaraq baş verə biləcək toqquşmalarda bütün günahın, təqsirin erməni tərəfində olacağını bildirdi. Üç gün keçdi və biz yenidən erməni təxribatının şahidi olduq. İyul və avqust aylarındakı təxribatların davamı olaraq ermənilər bu gün təxribat törətdilər.Mülkü Azərbaycan əhalisini atəşə tuturlar, yaralananlarımız var. Bizim artıq səbrimiz tükənib. Bütün bunları nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı.
Bu, bizim haqq mübarizəmizdir və bütün beynəlxalq hüquq bizim tərəfimizdədir. Tam haqqımız çatır ki, işğal altında olan torpaqlarımızı ermənilərdən və terrorçulardan azad edək. Unutmayaq ki, ermənilər bütün bu baş verənlərdən kifayətlənməyərək Liviyadan və digər münaqişə bölgələrindən erməni əsilli terrorçuları Azərbaycanın tarixi torpaqlarına, həmçinin qədim şəhərimiz Şuşaya yerləşdirirlər. Biz buna qətiyyən dözə bilmərik. Bu, təhqirlərə son verilməlidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev televiziya ilə xalqa müraciət edərək ordumuzun yetəri gücə və qüvvəyə malik olduğunu, istənilən hücum əməliyyatını uğurla başa çatdıracağına əminliyini ifadə etdi: “Bu gün səhər bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimiz, eyni zamanda, hərbi mövqelərimiz atəşə tutulub. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. ALLAH şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.
Dövlət başçısı cənab İlham Əliyev bizim mübarizəmizin haqq yolunda və haqlı olduğunu vurğuladı. Qarabağ Azərbaycandır dedi və qələbənin bizim olacağını söylədi.
Hər bir əli silah tutan Azərbaycan övladı hazırdır ki, dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulsun və nəhayət ki, bu münaqişə öz həllini tapsın, işğal altında olan torpaqlarımız azad olunsun. Xalq, ordu, dövlət birliyi, Vətən uğrunda milli mücadilə sayəsində işğal olunan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək, üçrəngli bayrağımız Şuşada dalğalanacaq.