Ölkə
07 oktyabr 2020
198
Azərbaycanda nazirliyin 52 əməkdaşı cəbhəyə yollandı - RƏSMİ - FOTO
Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata başlayıblar. Azərbaycan Ordusu bu təxribata qarşı əks-hücum əməliyyatları həyata keçirir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev mətbuata açıqlamasında bildirmişdi ki, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox - on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.
Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların içində qurumun da işçiləri də var:
“Qurumun tərkibində olan idman kompleksləri və idarələrdən 52 nəfərlik heyət hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib”.
Daha çox xəbər:
Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı - RƏSMİ
CəmiyyətSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı - Ya ...
CəmiyyətVətəndaşlar cəbhəyə getmək üçün axın edir - Qürurverici görüntü - VİDEO
CəmiyyətPrezidentin çağırışından sonra minlərlə gənc səfərbərlik üçün qeydiyyata al ...
SiyasətCəbhəyə getmək istəyənlər oxusun — RƏSMİ MÜRACİƏT
Ölkə