Ölkə
31 oktyabr 2020
310
Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək - FOTO
Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək.
Report bildirir ki, onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək.
Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Bursa vilayətində Polad Həşimovun adını daşıyan parkın açılışı olub.
Daha çox xəbər:
Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək
DünyaMetro stansiyasına general Polad Həşimovun adı veriləcək? — RƏSMİ
CəmiyyətPolad Həşimovun adı verilən küçə ilə bağlı - Rəsmi açıqlama
Gündəm, ÖlkəPolad Həşimov küçəsi...
ÖlkəMetro stansiyalarından birinə Polad Həşimovun adının verilməsi ilə bağlı — ...
Gündəm, Ölkə