Ölkə
27 noyabr 2020
288
Qarında ağrı nadir xəstəliyin əlaməti ola bilər
Həkimlər qarın ağrısından şikayət edən amerikalı qadında, “gəzən dalaq” adı ilə bilinən nadir xəstəlik aşkar edib.
Müvafiq məlumat “New England Journal of Medicine” də yayımlanıb.
Xəstələnmədən əvvəl, 36 yaşlı qadında qaraciyər müayinəsi aparılıb, bu müddətdə heç bir dalaq anomaliyası aşkar edilməyib. Ancaq bir gün sonra qadın güclü qarın ağrısı hiss edib və qusmağa başlayıb.
Müayinədən sonra qadında dalağın 30 santimetr yerdəyişməsi aşkar edilib. Həkimlərin fikrincə, orqanın yerdəyişməsi damar sistemi ilə dalağa bağlı olan qaraciyər səbəbindən baş verib.
Qadına daha əvvəl qaraciyər sirrozu xəstəliyi diaqnozu qoyulub. Nəticədə qan dövranı çətinləşdiyi üçün çox miqdarda qan dalağa girərək onun böyüməsinə və ətrafdakı bağların uzanmasına səbəb olub.
Həkimlər hesab edir ki, dalaq üçün ən təhlükəli vəziyyət dalaq infarktıdır. Bunun nəticəsində insan ölə bilər.(Report)
Daha çox xəbər:
Təbəssüm Məmmədovanı 17 gün içərisində itirdik — Onkoloq Altay Əliyev
Gündəm, ÖlkəKöməksiz qalan yaşlı qadını əvvəl zorladı, sonra su kanalına atdı — Sumqayı ...
KriminalKörpə koronavirusun səbəb olduğu yeni xəstəlikdən öldü
DünyaPandemiya dövründə dondurma yemək məsləhət deyil — Həkimlər səbəbini izah e ...
ÖlkəKoronavirusa yoluxan Nadir Qasımov — Artıq özümdə heç nə hiss etmirəm
Şou biznes