Ölkə
27 noyabr 2020
253
Azərbaycanda sərt qadağalar geri qayıdır - Yoluxma sürətlə artır və...
“Son vaxtlar koronavirusa yoluxmanın artması Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib. Hazırda Ermənistanda 130 min, Gürcüstanda 115 min, Azərbaycanda isə 98 min insan koronavirusa yoluxub. Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən 2 dəfə çoxdur, ölkəmizdə yoluxanların sayı nisbətən aşağıdır. Lakin buna rəğmən biz virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara getməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq”.
Bunu Redaktor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O bildirib ki, koronavirusla mübarizədə dövlət insanların sağlamlığının qorunması üçün bütün mümkün tədbirləri həyata keçirir:
“Ölkəmizdə koronavirusla əlaqədar işləyən laboratoriyaların sayı 45-ə çatdırılıb və hazırda 1.6 milyondan çox test keçirilib. Yəni, görülən bütün bu tədbirlər və işlər onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığını, onları koronavirus bəlasından qorumaq üçün lazımi infrastruktur, şərait formalaşdırıb. Eyni zamanda, bir neçə şirkətlə koronavirusa qarşı peyvəndin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparılır. Heç şübhəsiz ki, Azərbaycan peyvəndi əldə edən ilk ölkələr sırasında olacaq”.
Millət vəkili yoluxma sayının artmasının obyektiv və subyektiv səbəbləri olduğunu bildirib:
“Həyata keçirilən tədbirlərin fonunda isə biz ölkəmizdə gündən-günə virusa yoluxanların sayında artım müşahidə edirik. 2-3 ay öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-3000-ə çatıb. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır olar. Ona görə də, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. İnsanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir”.
Daha çox xəbər:
Bu həftədən "sms icazə" sisteminə keçirilə bilər
SosialSərt karantinlə bağlı XƏBƏR — QADAĞALAR LƏĞV EDİLİR...
CəmiyyətKarantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
CəmiyyətSərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş — Baş infeksionist
ÖlkəÇexiyada yoluxma sayı sürətlə artır
Dünya