Ölkə
15 dekabr 2020
374
Azərbaycanın 3601 hərbçisi “Vətən uğrunda” medalı ilə təltif edilib

Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub.
Bu şərəfli ada Azərbaycan Silahlı Qüvvələrinin 3601 hərbi qulluqçusu layiq görülüb. Onların sırasında 4 general-mayor, 46 polkovnik və başqaları var. Onlardan 2756-sı ölümündən sonra bu medala layiq görülüb.

Daha çox xəbər:

Xudayar Yusifzadə təltif olundu - Prezidentdən sərəncam
Gündəm, Cəmiyyət
Azərbaycanda yeni yubiley medalı təsis edilib - FOTO
Siyasət
Prezident onu təltif etdi — SƏRƏNCAM
Siyasət
Prezident hərbi qulluqçuları təltif etdi — SİYAHI
Gündəm, Siyasət
İlham Əliyev bir qrup hərbçini təltif etdi — SİYAHI
Gündəm, Siyasət