Ölkə
17 dekabr 2020
966
Dövlət Komissiyası: Bütövlükdə 54 erməni azad edilib
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası cari ilin 29 oktyabr, 2 dekabr, 9 dekabr və 11 dekabr tarixlərində 9 ermənini qarşı tərəfə təhvil verib. Həmin proseslər zamanı Azərbaycan tərəfi humanizm prinsiplərinə hörmətlə yanaşaraq, ilk növbədə yaşlı insanları qeyd-şərtsiz azad edib, onların öz yaxınlarına qovuşmasını təmin edib".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib: "Onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib". Report
Daha çox xəbər:
Ermənistan azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlədirdi
HadisəDövlət Komissiyası: Döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçi ...
Cəmiyyət85 yaşlı əsir Ermənistanda işgəncələrə məruz qalaraq ifadə verib - RƏSMİ
HadisəErməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb
KriminalBu gün Mübariz İbrahimovun anım günüdür
Ölkə