Ölkə
18 dekabr 2020
260
Qafan Azərbaycana qaytarılırmı? – AÇIQLAMA
"Bizim Ermənistan ərazisində hədəflərimiz yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bu gün Ermənistanla sərhəddəki 13 mövqeyin Azərbaycana təhvil verilməsindən danışarkən deyib.
Ekspert bildirib ki, Zəngilan və Qubadlının Ermənistanla dövlət sərhədində yerləşən ərazilərinin bu gün saat 17:00-a kimi bizə qaytarılması üçün oradakı yerli və erməni silahlılarına vaxt verilib:
"Bunu ilk olaraq mən yaydım. Ondan sonra bəziləri bu fikiri götürüb inkişaf elətdirdilər: Zəngilanla Qubadlının sərhədi hardadır? Qafanda. Deməli, Qafanı bizimkilər götürür. Ortaya belə bi fikir atıb tirajladılar. Bizə kim icazə verər dövlət sərhədini keçməyə? Biz hələ özümüzə xas olan torpaqları azad edib qutarmamışıq. Biz dövlət rəhbərliyi tərəfindən dəfələrlə dünyaya bəyan etmişik ki, bizim Ermənistan ərazisində hədəflərimiz yoxdur. Bəzən Prezidentin "İrəvan və Zəngəzur Azərbaycan torpaqlarıdır” fikrini səsləndirməsi də bir xatırlatmadır ki, siz bu gün belə bizim torpaqlarda yaşayırsınız. Buna baxmayaraq, bizim Ermənistan ərazisində hədəfimiz yoxdur. Əgər bizim orda hədəfimiz olsaydı, bir dəfə də olsa ora atəş açardıq. Məsələyə real yanaşmaq lazımdır. Syunik (Sünik) Zəngəzur deməkdir, bu bir əyalətdir. Qafanın daxil olduğu Sünik özü bir vilayətdir. Bizim keçmiş Zəngəzurun ərazisində yaradılıb. Bizə qaytarılacaq 13 əyalətin içərisində bizimkilər onu da yazıblar. Təbii ki, bu, yalan-yanlış məlumatdır. Digər ərazilər isə bizim idi".
Ədalət Verdiyev qeyd edib ki, noyabrın 10-da bağlanan üçtərəfli razılaşmaya əsasən, hər iki münaqişə tərəfi olduğu mövqelərdə qalıb:
"Müqavilədə belə bir bənd vardı. Həmin müqavilənin şərtlərinə görə, biz heç Qubadlı və Zəngilanın sərhəd boyu kəndlərini azad etməyə çatdırmadıq, atəşkəsə görə mövqelərimiz erməni işğalında qaldı. İndi həmin ərazilərimizin işğaldan azad edilməsi üçün erməni tərəfinə vaxt verilib. Bu gün sonuncu gündür, saat 17:00-a kimi iş bitməlidir. Dünən artıq silahlı qüvvələrin oradan daşınmasına aid görüntüləri paylaşdım. Həmin ərazidən çıxarılan ermənilər Qafan, Gorus şəhərində hakimiyyət orqanları qarşısında etiraz mitinqləri keçiriblər ki, niyə bizi orada yaşamağa məcbur edirdiniz ki, indi də biz ikinci dəfə qaçqın düşürük? Bu, Azərbaycan xalqını ən çox narahat edəm problem idi. Nəyə görə? Çünki Azərbaycan tərəfi rəsmi mənbələrdə heç də Ermənistan sərhədində yerləşən kəndlərin azad olunması barədə rəsmi məlumat verməmişdi. Bu, doğru addım idi. Çünki bu kəndlər bizim nəzarətimizə keçməmişdi. Bu kəndlərin açıqlanmaması insanlarda bəlli bir narahatlıq doğururdu, davamlı olaraq bu haqda sual verilirdi. Bu məsələ artıq həllini tapdı".
Daha çox xəbər:
SON DƏQİQƏ: Bu ərazilər də Azərbaycana QAYTARILIR - Ermənilərə sabah saat 1 ...
SiyasətDövlət başçısı: "Bizim hədəflərimiz yalnız hərbi qurğular idi"
Gündəm, SiyasətDövlət başçısı: "Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib"
Siyasətİlham Əliyev: "233 erməni tankı bizdədir"
Siyasət“Mən Fransa Prezidentinə dedim ki, bizim ordumuz yüz min nəfərdən ibarətdir ...
Siyasət