Ölkə
19 dekabr 2020
342
Koronavirusdan daha PİS XƏBƏR - Gənclər arasında SÜRƏTLƏ YAYILIR

Cənubi Afrika Respublikasının (CAR) genetikləri koronavirusun yayılmasının ikinci dalğası fonunda ölkədə COVID-19-un mutasiyasını aşkar ediblər.
Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Bundan əlavə, Cənubi Afrika Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, 501.V2 adlandırılan yeni növ birinci dalğa ilə müqayisədə daha sürətlə yayılır, əsasən gənclər arasında ağır COVID-19-a səbəb olur.
CAR-ın Səhiyyə naziri Zveli Mxize bildirib ki, koronavirusun yeni növünün narahatlıqlara səbəb olmasına baxmayaraq, hazırda əhalinin təlaşa düşməsi üçün səbəb yoxdur. O, qoruyucu maska və əlcək taxmaq, həmçinin koronavirus pandemiyasına görə tətbiq edilmiş başqa qaydalara riayət etmək zərurətini xatırladıb.

Daha çox xəbər:

Bu gənclər arasında koronavirus daha tez yayılır — ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Ölkə
Avropa ayaqda: Virus da, sərt karantin də geri qayıdır – İKİNCİ DALĞA
Dünya
Koronavirus sonsuzluğa səbəb olurmu? — AÇIQLAMA
Cəmiyyət
Daha bir ölkədə maska rejimi təkrar tətbiq olunub
Dünya
Koronavirusun yeni növü aşkarlandı, sürətlə yayılır
Dünya