Ölkə
23 dekabr 2020
272
Karantin postları ilə bağlı AÇIQLAMA
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin dekabrın 22-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1360 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.
Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2626 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.
Daha çox xəbər:
Karantin qaydalarını pozan 983 nəfər cərimələnib
ÖlkəPaytaxtda yenidən karantin postları qurulub — RƏSMİ
ÖlkəPolis bu yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaq — Nəzarət gücləndirili ...
Gündəm, SiyasətSərt karantin rejimi qaydalarına nəzarət gücləndirildi — VİDEO
Gündəm, ÖlkəDaxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDAR ...
Gündəm, Cəmiyyət