Ölkə
26 dekabr 2020
209
Gəncə terrorunda çəkilən şəkil “İlin fotosu” seçildi
TRT-nin baş direktoru İbrahim Eren Anadolu Agentliyi (AA) tərəfindən təşkil edilən “İlin fotosu” səsverməsinə qatılıb.
“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlər və fotomüxbirlər tərəfindən ölkə daxilində və xaricdə çəkilən xəbərləri, həyat və idman kateqoriyasındakı şəkilləri incələyib.
İ. Eren xəbər kateqoriyasında Onur Çoban tərəfindən çəkilən “Gəncədə bacısı qızına vida” başlıqlı fotonu qalib seçib.
Qeyd edək ki, fotoda 17 oktyabrda Gəncə terrorunda 10 aylıq bacısı qızı Narini itirən və onun kəfənə bükülmüş cəsədini qucağında saxlayan Teymur Əsgərov yer alıb.
Xatırladaq ki, sözügedən şəkil AA-nın oktyabr ayı üçün keçirilən sorğusunda “ayın fotosu” seçilmişdi.
Daha çox xəbər:
Bərdədə erməni terroru zamanı çəkilmiş şəkil ilin 100 görüntüsündən biri ol ...
ÖlkəTopçu Vüsalın məşhur fotosu orta məktəb dərsliklərinə salınacaqmı? - RƏSMİ ...
Gündəm, CəmiyyətBərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar - VİDEO
Kriminal18 yaşlı şəhidimizin fotosu...
CəmiyyətRəsulzadənin fotosu olan maskanı taxdığı üçün saxlanılıb? — DİN-dən AÇIQLAM ...
Kriminal