Ölkə
30 dekabr 2020
327
İki dost, iki şəhid: Eyni gündə şəhadətə yüksələn 19 yaşlı dostlar - VİDEO

44 günlük Vətən müharibəsində igidlik göstərən 19 yaşlı iki dost - topçu Cavidan Ağayev və kəşfiyyatçı Elvin Babayevin qəhrəmanlığından hələ çox danışılacaq.
AzTV xəbər verir ki, onları birləşdirən bir çox xüsusiyyət vardı: eyni ildə dünyaya gəliblər, hər ikisi cəsur, vətənpərvər olub,ikisi də eyni ildə hərbi xidmətə yollanıb və eyni hərbi hissədə vətənin müdafiəsində olublar.
Onların şəhidliyi də eyni vaxta təsadüf edib. Belə ki, oktyabrın ikisi günorta saat ikidə Xocavənd istiqamətində gedən döyüşlərdə düşmənin endirdiyi raket zərbəsi nəticəsində dostların hər ikisi şəhadətə yüksəlib.
Prezidentin sərəncamı ilə C.Ağayev və E.Babayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

Daha çox xəbər:

Vətən müharibəsində iştirak edən 82 670 hərbçi təltif olunub
Ölkə
Qəhrəmanlıq dastanı yazan şəhid Röyad Məmmədov - VİDEO
Cəmiyyət
Düşmənin kabusu olan şəhid Ruslan Bayramov - VİDEO
Cəmiyyət
Prezidentin təltif etdiyi generallar kimlərdir?
Siyasət
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO
Ölkə, Video