Ölkə
24 iyun 2020
354
Bakıda bu klinikas koronavirus testinin götürülməsini dayandırdı
Referans Klinik Labaratoriya Mərkəzində koronavirus testinin götürülməsi dayandırılıb.
Klinikanın Labaratoriya Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, hazırda koronavirusla bağlı test qəbul edilmir: “Reaktivlərimiz bitib. Nə zaman olacağı bilinmir. Testlərin aparılması sırf uçuş öncəsi olan pasiyentlər üçün nəzərdə tutulub”.
Xatırladaq ki, bir neçə gün öncə klinikada koronavirus testi vermiş vətəndaşa nəticə neqativ göndərilsə də, TƏBİB-ə cavab pozitiv təqdim edilmişdi. Daha sonra xəstəxana məlumat yayaraq Mərkəzin qeydiyyat şöbəsinin əməkdaşı tərəfindən texniki səhvə yol verildiyini və pasiyentə nəticənin mənfi kimi çap olunaraq təqdim olunduğunu bildirmişdi.
Qeyd olunmuşdu ki, texniki səhvə görə, pasiyentin son iki həftə ərzində görüşdüyü insanlardan mütləq şəkildə COVID-19 testi götürüləcək.
Daha çox xəbər:
“Pozitiv dedilər, müalicə aldıq, sonradan neqativ olduğunu bildirdilər”
Cəmiyyət“Leyla Medical Center”-də sağlam şəxsin koronavirus testi pozitiv çıxdı - G ...
Gündəm, ÖlkəANS-in keçmiş aparıcısının atası da koronavirusdan öldü
KriminalARB 24-ün 4 əməkdaşında koronavirus AŞKARLANDI
CəmiyyətBakıda koronavirus testinin — QİYMƏTİ
Ölkə