Ölkə
13 yanvar 2021
272
ICESCO-nun Baş direktorundan Ağdam və Füzuli ilə bağlı paylaşım - FOTO

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Füzuli və Ağdam rayonlarına səfəri barədə paylaşım edib.
Oxu.az xəbər verir ki, bu barədə “Twitter” hesabında yazıb.
“Faciədir. Şəhərlər məhv edilib. İslam və xiristian abidələri dağıdılıb”, - deyə o qeyd edib.
İcraçı direktor Ağdam Çörək Muzeyinin dağıdılması barədə də paylaşım edib.
Qeyd edək ki, dünən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonundan sonra Ağdama gedib.

Daha çox xəbər:

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Gündəm, Siyasət
ICESCO nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb
Ölkə
Hikmət Hacıyev Şuşanın işğaldan azad olunması ilə bağlı paylaşım etdi - FOT ...
Siyasət
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Siyasət
Azərbaycanın Türkiyədəki səfirliyindən Hataydakı terror hücumu ilə bağlı pa ...
Hadisə