Ölkə
25 iyun 2020
302
8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.
Dövlət Agentliyindən verilən məlumata görə, qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib.
Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Daha çox xəbər:

Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - Video
Gündəm, Cəmiyyət
Sürücülər belə icazə alacaq — 8103-də daha bir YENİLİK
Cəmiyyət
Bir gündə 2-ci SMS-icazə istədi, “yox” cavabı aldı
Cəmiyyət
SMS icazə ilə bağlı VACİB AÇIQLAMA
Cəmiyyət
1 kodundan istifadə edən şəxs 2 kodundan da istifadə edə bilər
Gündəm, Cəmiyyət