Ölkə
23 fevral 2021
202

Azərbaycanın Xalq artisti Yalçın Rzazadə harda dəfn ediləcək?

Azərbaycanın Xalq artisti Yalçın Rzazadə harda dəfn ediləcək?


Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.
Mərhumun oğlu Orxan Rzazadə "Report"a açıqlamasında bildirib ki, Xalq artisti Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq.

Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.