Ölkə
15 mart 2021
217
Şəhid adının əbədiləşdirilməsi ilə bağlı dəyişikliklər olacaq
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik təklif olunur.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Layihəyə görə, işğaldan azad edilmiş ərazilərində Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yaradılmış işçi qrupunun müvafiq qərarına əsasən, şəhidlər, şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.
Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir.
Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.
Daha çox xəbər:
Nazir: “İndiyədək 12 min şəhid və müharibə əlilinin ailəsi sosial qayğı ilə ...
Sosialİlham Əliyevdən müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ...
Gündəm, SiyasətDeputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
SosialŞəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
SosialŞəhid ailələri və müharibə əlillərinə avtomobil və mənzillər verildi — FOTO
Cəmiyyət