Ölkə
18 mart 2021
312
SON DƏQİQƏ! Azərbaycanda koronavirusun Britaniya ştammı AŞKARLANDI

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Qeyd edək ki, Azərbaycanda koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.
Daha çox xəbər:

Azərbaycanda istifadə edilən vaksin Britaniya ştammına qarşı da effektivdir ...
Ölkə
Azərbaycanda Britaniya ştammı qeydə alınıb? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
Koronavirusun ən təhlükəli növü Yunanıstanda da aşkarlandı
Dünya
Virusun yeni növləri dünyada sürətlə yayılır
Dünya
Koronavirusun Britaniyada yayılan yeni ştamı barədə nələri bilirik?
Dünya