Ölkə
30 iyun 2020
255
Azərbaycanda koronafobiya da sürətlə yayılır — VİDEO
Son aylar psixoloqlara müraciətlərin sayı artıb.
Xezerxeber.az xəbər verir ki, şikayətlər isə daha çox koronavirusla bağlıdır.
Müraciət edənlərin çoxu valideynlərdir. Onlar övladları uzun müddət ev şəraitində qaldıqları üçün koronavirusla söhbətləşdiklərini, dalaşdıqlarını, hətta onu "balacaları ev həbsinə salan düşmən" adlandırdıqlarını deyirlər. Yaşı 60-dan yuxarı müraciət edənlər isə, nəinki ev, hətta yataq rejimindən çıxsalar bu virusa yaxalana biləcəklərindən ehtiyat edirlər.
Mütəxəssislər bunun gələcəkdə psixo-nevroza yol aça biləcəyini deyirlər.
Bunun qarşısını almaq üçün isə ilk növbədə evdə yeni məşğuliyyətlər tapmaq, pandemiyanın yayılma, yoluxma və ölüm statistikası xəbərlərindən uzaq durmaq məsləhət görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Daha çox xəbər:
ÜST-dən koronavirusla bağlı məyusedici — AÇIQLAMA
CəmiyyətRayonlarda koronavirusla bağlı vəziyyət necədir?
CəmiyyətAzərbaycanda koronavirusla bağlı daha bir — QADAĞA
CəmiyyətKoronavirusla bağlı daha bir QORXUNC XƏBƏRDARLIQ
Gündəm, DünyaKarantin rejimindən sonra Bakıda insan izdihamı — VİDEO
Cəmiyyət