Ölkə
07 iyul 2020
244
AKADEMİK MİR CƏLAL PAŞAYEVİN İZİ İLƏ...
(Lerik rayonunda apardığım araşdırmalar.)
Mirzəyev Rəhim Lerik Mondigah kəndi hal hazırda Hollandiyada yaşayır: Bu haqda ilk dəfə mənə bu hekayəni Rəhim nəql edib. Odur ki bu eşitdiklərim Dahi insan Mir Cəlal Paşayevin doğum günü ilə üst-üstə düşdü. Bəli məndə maraq doğurduğu üçün başladım araşdırmağa… Nəhayət ki faciəli şəkildə rəhmətə gedən Nəcəfəli Əliyevin yaxınları ilə əlaqə qura bildim.
Əliyev Namik Mondigah kəndi hal-hazırda Bakının Binə kəndində yaşayır: Onun 2 şəklini mənə göndərdilər biri tək şəklidir ki keyfiyyətini artıq itirib. Digəri isə böyük qardaşı Qiyas Əliyevlə çəkdirdiyi şəklidir. Əliyev Qiyas
Soldan: Nəcəfəli və qardaşı Qiyas
Müseyb oğlu 1918 ci ildə anadan olub. 9 uşaq atasıdır: 5 qız və 4 oğul övladı vardır. Oğlanları: Əliyev Vəliyullah, Yusif, Yunsur və Namiqdir. Vəliyullah Əliyevlə söhbətdə məlum oldu ki, atası Qiyas qardaşını çox sevirmiş. Əlimizdə olan arxiv material bunu təsdiq etdi.
Düzü Nəcəfəli Əliyevlə bağlı xatirədə məni bu olayları araşdırmağa bir səbəb də vardı ki, mən də gənc qızım, Dahi Mir Cəlal yaradıcılığının vurğunu Leyla Məliklini faciəli şəkildə dəfn etmişəm(((. Odur ki, onun yaxınlarının nə çəkdiyini başa düşürəm. Cavan və faciəli şəkildə ölən qardaşını yaşatmaq üçün son beşik oğlu Namiqin oğluna Nəcəfəlinin adını qoyur. Bundan sonra az da olsa sakitlik tapır. Qiyas kişi çox təssüf ki, 2008-ci ildə vəfat edir. Onunla həm söhbət ola bilmədiyimə çox üzülürəm ona görə ki, heç kim mənə Nəcəfəli barədə geniş məlumat verə bilmir!!!
Bəli əziz oxucularım nəhayət “DODO” redaksiyamıza GƏNC NƏCƏFƏLİ ƏLİYEV atası Namik Əliyevlə təşrif buyurdular və video çəklişlərimiz də oldu.
Qiyas kişi öz balaca oğlunun oğluna Nəcəfəli qardaşının adını qoyubmuş. Şəkildəki Nəcəfəli həyatdakı Nəcəfəli ilə çox oxşarlıqları vardı lap çaşıb qalmışdım… Bir tərəfdən üzülürdürdüm o
Soldan Namik Əliyev və oğlu Nəcəfəli Əliyev səbədən ki, o zamanlar heç kim Qiyas kişinin dediklərin qeydə almayıb. İndi heç olmasa mən nə isə əldə edib tarixləşdirə biləcəyəmsə nə yaxşı..
Qiyas kişinin böyük oğlu Vəliyullah Əliyevin dediklərindən: Əmim Nəcəfəli 1933 cü ildə anadan olmuşdur. O Bakı Neft Texnikumunda oxuyurdu. 3 kursda oxuyanda 1954 cü ildə rəhmətə gedib. Mir Cəlal Paşayevlə dost olublar və bir birilərinin evinə gedib gəliblər. Mir Cəlal müəllim Lerikin Mondigah kəndində hətta dostu Nəcəflinin evində qonaq olub.
Mondigah kəndinin sakinləri Aşur Əliyev vasitəsi ilə 96 yaşlı Sitarə Əliyevadan öyrəndikləırim: Nəcəfəli Əliyev Mir Cəlal Paşayevin tələbəsi olub. 7 gün dərsə gəlmədiyini görən müəllim tələbəsini axtarır. Həmən qonaq Nəcəfəlinin nəşini çiynində gətirib Lerikdən kəndə qədər.
Həzovi kənd sakini Məmi ləqəbli əsl adı Nəqmməd Cabbarovdur: O Sənədlə 1934 cü ildən olsa da həqiqi doğulduğu il 1939 cu il yanvarın 15 olduğunu qeyd etdi. Məmi kişi Həzovi kəndində hal-hazırda 12 yaşayış evi olduğunu bildirdi. Bəli o zamanlar İrandan Seyidlər gəldiyini və onların iranın təqibindən gizlənərək yaşadıqlarını bildirdi. O dövrdə Seyd nəsillərini öldürürdülər odur ki, onlar burada yaşadıqları zaman nə lampa yandırır nə it nədə xoruz saxlamırdılar. Məmi kişi bu qədər yadında qaldığın bildirdi və o da qeyd etdi ki həmin Seyidlər qonşu kəndlərdə hal hazırda yaşayırlar: Onlar Çayrud, Rvarud, Rəzqov və Veri kəndlərində və hal-hazırda yaxın ətraf kəndlərdə yaşayırlar. Sonda Məmi kişi böyük ürək ağrısı ilə Həzovi kəndinin qalan sakinləri buradan Bakının Binə kəndinə köç ediblər deyə fikrini bildirdi. Sonda mənə bir ağıllı məsləhət də verdi ki, o seyidlərdən biri Çayrud kəndində kalam əhli olan Nəsir müəlimlə əlaqə qurmağımı istədi.
Nəsir Rzayev rayaziyyat müəllimi, Çayrud kənd sakini: Bəli düzdür İrandan Musaye Kazımın nəsli-Mir Sahib-Mir Saleh-Seyid Süleyman-Mir İsmayıl-Məhz Seyid Şükrüllah gəlib Həzovi kəndinə yaşamağa. Sonra da köçübər Piyə kujə (Pirinin məhəlləsi) indiki “Piyəkujə” deyilən yerə. Burda da hal-hazırda Prinin nəslindən yaşayanlar var və çoxusuda köçüblər Çayrud, Rvarud Rəzqov, Veri və digər ətraf kəndlərə. Mənim Böyük balarım da köçüblər Lənkəranın Daştəleğjor kəndinə.
–İrandan alınan məlumata görə Məmuna Rəşid Haruna Rəşidin oğludur. Məmuna Rəşid öz qardaşı Əminə Rəşidi hakimiyyətə nəsib olmamamsı üçün onu öldürdürüb. Sonra Məmuna Rəşid özünə söz verir ki, seydləri qırsın. Beləliklə Məmuna Rəşid səkkizinci imam olan Əli İbni Musaye Rzanı öz əli ilə zəhər verərərk öldürür. İki versiya deyilir: 1. Zəhəri sapla üzüm gilələrinə keçirib verilib. 2. Öz əli ilə zəhəri verib içirdib. Hiyləgər Məmuna Rəşidin planları imama məlum olur və bilərkdən bu üzümü yemeyir odur ki, Məmuna Rəşid deyir: Qabdakı zəhəri iç, yoxsa qılıncla səni doğratdıraram. İmam zəhəri içmək yolunu seçir. Dəfnində isə hiyləgər Məmuna Rəşid heç bir şey olmamış kimi iştirak edir.
Bu seyidlərin Azərbaycanın Astara rayonunda olan turbələrdi Kəkəmot, Lerik rayonunun Mistan kəndində isə Pirzə (Pirizadə) ocaqları var.
-Xanlar Həmid şair, dramaturq, azərbaycan yazıçılar birliyinin üzvü və Çayrud kənd sakini: Lerikin Həzovi kəndinindən yuxarıda Rəzqov kəndinin yolunda qəpirsanlıq var. Bu Seyid Şükürüllah türbəsidir. Şükrüllah 1664 cü il yazılmış sənədə əsasən İranda Seyid İsmayılın oğludur. Bu Şəcərənin cədvəli Seyid Şükürullahın nəslinin davamı yazılı şəkildə yerli sakinlərədə yəni seyid nəslinin davamçılarında var. Hələ o zamanlar Musaye Kazım artıq müsülman aləminin imamı idi.
Rza Rzayev Rvarud kənd sakini: Rza deylənlərə əlavə edir ki, Mir Şükürullahın 12 ya da daha çox 17 oğldu olduğu deyilir. Onlardan 2 nəfəri Naxçıvanda, 1 nəfər Cəlilabadda, 1 nəfər Yardımlıda, 8-isə Lerikdə qalanlarının yaşadıqları yeri dəqiq bilmirəm deyə məlumat verdi.
Araşdırma zamanı belə başa düşdüm ki hər kəs öz nəsl şəcərəsi haqda məlumatlıdır. Ürək ağrısı ilə qeyd edə bilərm ki, Ana yurdumuz Azərbaycanımızın tarixi beləcə unudulub gedir. Növbəti suallarıma cavab tapmaq üçün İran İslam Respublikasının Təbriz şəhərinin Əndəbil kəndinin sakinlərinə müraciət etdim.
MÜSAHİBİM İRAN İSLAM RESPUBLİKASININ TƏBRİZ ŞƏHƏRİNİN ƏNDƏBİL KƏNDİNDƏN OLAN YƏHYA DOKTORDUR. YƏHYA DOKTORUN BABASININ DAYISIDIR MİR CƏLAL PAŞAYEV. HƏM DƏ QAYNATASI MİR CƏLİL MİR CƏLAL PAŞAYEVİN QARDAŞIDIR.
Yəhya həkim bağışlayın vaxtınızı alıram. Bəzi suallarıma dəqiq cavab almaq məqsədi ilə sizi aramışam.
Aprel ayında “DODO” qəzetimdə “BİR GƏNCİN MANEFESTİ” yazısı gedib. Bu əsər Mir Cəlala Paşayevindir. Azərbaycanın lerik rayonunun Mondigah kəndində Nəcəfəli Əliyevə həsr edildiyi deyilir. Bu barədə nə isə eşitmisinizmi?
Yəhya: “Bir gəncin manefesti” romanını mən fars dilində oxumuşam. Orada bir tut ağacını təsvir edir ki, o ağac onların evinin qarşısında da var.Yəni 1930 cu illər zamanı Stalinin dövründə Mir Cəlal Paşayev də zor durumlar yaşayıb.
Əhməd Cavanmərd bu adda Cavanmərd sözü diqqətimi çəkdi. Əndəbildə az saylı xalqlar yaşayırmı? Mərd, merd, mard sözləri talış dilində də başa düşülür.
-Əhməd Cavanmərd barədə soruşursnuz. Bəli o soy adlar farsi məna daşıyır.
Yəhya qardaş Nə həkimisiniz?
Can həkimiyəm həm də psixoloqam..
Hal hazırda Koronovirusla bağlı çox işləməli oluram. Burada söhbətimiz yarımçıq qalır. ( Bağışlayın xəstəm gəldi)
-Mir Cəlal Paşayev təxminən 12 yaşından erkən İrandan Azərbaycana köçmüşlər. Bir şəkil mən əldə edə bildim. (Mənə göndərdi o şəkil Aşkabadda çəkilib.)
Təbrizin Əndəbil kəndində 100-150 ev var. Burda demək olar ki, türklər yaşayırlar. Amma Xal-Xal şəhərinin Əndəbil kəndi var orada da türklər yaşayır. Həm də oradan çox aralıda tat, kürdlər və 60 km aralıda isə talış xalqlarının nümayəndələri var və yaşayırlar.
Mir Yəhya Fərəczadə
Psixologiya doktrası(PHD) və tibb doktrası (MD)
Demək Mir Cəlal Paşayev atası və qardaşları ilə birgə gəlib Azərbaycana. Onlar birlikdə gəlib və iş görüblər itisadi fəaliyyət göstəriblər.
Mir Cəlal Paşayev xanımımın əmisidir. O səbəbdən ki, atasının yeri yurdu Əndəbildir və atasının yeri yurdur, bəzi yerllər Əşrəf küçəsi belə qalır.
Mir Cəlal Paşayev atası və qardaşları ilə bərabər gəliblər. İş qurublar və işləyiblər.
Əndəbil İran Culfasına yaxındır ola bilər o istiqamətdə Azərbycana varid olublar yəni gəliblər.
Türkmənstan Respublikası Aşkabad şəhəri
Sağdan sola : Mir Ağa, Mir Cəlil, Mir Xəlil, Mir Cəlal və onların yoldaşı (adını öyrənə bilmədim)
O zamanlar 20 əsrin əvəllərində Azərbyacana rus imperatorluğuna gələn kimsələr maaş üçün gəlirdirlər.
Mir Cəlal və onun böyük qardaşları Mir Cəlil, Mir Xəlil və Mirağa da ataları ilə bərabər gəlmişlər anaları isə qalıb Əndəbildə. Sizə göndərdiyim şəkil Aşqabadda çəkilib.
Yəhya həkim Qaynatanız Mir Cəlil Lerikdə olduqları barədə sizə nəsə xatirələrində danışmayıb ki? Nəcəfəli Əliyev 3 kursda oxuyarkən rəhmətə gedib və bu 3 il ərzində onlar dost olublar bir birilərinin evlərinə qonaq gedib gəliblər. Bəzi versiyalardan da belə eşitmişəm ki, onlar Lerikin Həzovi kəndində də hətda 3 il yaşayıblar. O zamanlar Lerikə Lerikin Zuvand mahalı deyilib.
Yəhya: Türmənstana gedə biliblərsə Lerikə, Gəncəyə və digər şəhərlərə də getmiş ola bilərlər.
Qaynatam Mir Cəlildən çox söhbətlərimiz olub amma heç vaxt o Lerik, Lənkaranda yaşadığlarını dediyini eşitməmişəm. Amma qaynatamın son illər səs yazıları və əlyazmaları var. Düzü onları harda qoyduqlarımız dəqiqləşdirim sizlərə maraqlandığınız haqda yeni məlumatlar olarsa çatdıraram.
Mir Əli Əşrəf Mir Cəlalın atasının adı belədir. Mir Əşrəfin atasının adı isə Paşadır. Mənim xanımımın familyası böyük babasının ad ilə Əşrəfi gedir. Mir Cəlal isə böyük babasının adını familya olaraq götürüb.
1935-ci ilə qədər İranda familya yox idi. Yəni Mir Cəlal Paşayevin atasının adı və familyası da belədir: Mir Əli Əşrəf. Oğullarının adının ardıcıllığı isə belədir: Mir Vəli-MirAğa-Mir Əbülfəzl-Mir Xəlil-Mir Cəlil-Mir Cəlal.
Qaynatam Cəlildən Gəncə və Bakı adların çox eşitmişəm. O deyirdi ki, Mir Cəlal akademik təhsilatını sevər bir insan olmuş və mən uşaqlığımda eşitmişəm ki, qaynatam onu belə tərif edirdi ki, hətta latınca yazarmış o zamanlar. Latın kəlmələrin çox həvəslə latın hurafatınına (əlifbasına) öyrəşib. Bu adları: Müslüm yada Qarayev adlarını deyərdi. Amma Nəcəfəli Əliyevlə sıx dostluq əlaqələri ilə bağlı dedikləriniz də doğru ola bilər.
O zamanlar sərhətlər bağlı deyildir. Yəni kommunistlərin vaxtı deyildi. Mir Cəlalın atası və qardaşları da irana gedib gəlirdilər.
Çox sağ olun ki bir dahi insanın sərgüjəstinə diqqət verirsin araşdırmalar aparırsız.
Mənim isə hələ veriləcək suallarım qaldı… Yəqin ki, onu da cavablandıranlar tapılacaq. Çünki araşdırmalarımız davam edir.
Daha çox xəbər:
"Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm” — Siyavuş Novruzo ...
ÖlkəAzərbaycanda vəzifəli şəxs dəhşətli hadisədə öldü
Kriminal"Hell", "Red Bull" və "Bizon" koronavirus təhlükəsini artırır" — Baş ...
Gündəm, ÖlkəCelal Ay - Negmem 2020 (Official Klip) - VİDEO
Şou biznesŞAİRİN KÖNÜL PIÇILTILARI
Şou biznes