Ölkə
13 iyul 2020
335

Daha bir həkimin həyatı təhlükədə!

Daha bir həkimin həyatı təhlükədə!


Möhtərəm vitse-prezident, ölkənin birinci xanımı, Mehriban xanım Əliyeva !

Dünyanı cənginə alan dəhşətli pandemiya, COVİD -19 artıq ölkəmizdə də canlar almaqdadır. Hər yerdə olduğu kimi bizdə də əsas itkilərimiz bu bəla ilə birbaşa təmasda olan, insanlara gecə-gündüz ləyaqətlə xidmət edən həkimlərimizdir. Artıq çox sayda həkimlərimizin virusa yoluxduğu və bir neçə tanınmış həkimlərin bu bəladan qurtulmadığı da məlumdur.

Virusa yoluxan həkimlərdən biri də Sumqayıt Təcili Tibbi Yardımın həkimi Xasay Bayramovdur. Xasay doktor aldığı müalicələrə rəğmən səhhətində əsaslı irəliləyiş olmamış, ötən gecədən isə daha da pisləşmişdi. Xəstədə artıq total ağciyər çatışmazlığı müşahidə olunur. Kəskin tənəffüs çatışmazlığı o həddə çatmışdır ki, süni tənəffüs aparatının effekti qalmamışdır.

Hörmətli Mehriban xanım.! Belə bir vəziyyətdə biz-Xasay həkimin ailəsi, yaxınları, dostları, həkim kollektivi olaraq sizə müraciət edirik. Artıq dərəcədə xahiş edirik ki, bu vəziyyətə birbaşa siz - özünüz nəzarət edəsiniz. Xəstənin ECMO-ya qoşulmasına yardım edəsiniz. İnanırıq ki, məhz sizin sayənizdə savadlı, səriştəli bir həkimi həyata qaytarmaq mümkün olacaq.