Ölkə
14 iyul 2020
351
Quba-Xınalıq yolu açıldı- Foto

İyulun 13-də Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.
Sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.
Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.
Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba –Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda heç bir hərəkət məhdudiyyəti yoxdur.


Daha çox xəbər:

BNA və DYP məsuliyyətsizliyinə görə yazılan cərimələr – VİDEO
Kriminal
Evdə oturan şəxs 200 manat cərimə olundu – Bakı-Quba yolunda – FOTOLAR
Cəmiyyət
“20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq
Ölkə
BAKIDA TIXAC — Bu yollarda hərəkət dayandı
Cəmiyyət
Saleh Məmmədov: Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurları ...
Gündəm, Cəmiyyət