Ölkə
05 noyabr 2020
1149
İctimai Nəzarət Koalisiyası sərhəd tanımır
Artıq 5 ildən çoxdur ki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin birgə təsis etdiyi İctimai Nəzarət Koalisiyası ölkə Prezidentinin çağırışı ilə fəaliyyətə başlamışdır. Təşkilatın Bakı şəhərinin və ölkəmizin bütün rayonlarında, eləcə də bir çox dünya ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir. İctimai Nəzarət Koalisiyasının Vətəndaş Cəmiyyəti Platforması kimi formalaşmasının səbəbkarı onun sədri, ictimai xadim Rasim Məmmədovdur. Bu ictimai birliyin minlərlə fəal ictimaiyyətçini bir araya toplaması, problemi olan insanların nicat ocağına çevrilməsi, sosial, mədəni fəaliyyətlərin xalqa çatdırılmasında əvəzsiz vasitəçi roluna yiyələnməsi məhz Rasim Məmmədovun yorulmadan çalışması, insanların qəlbinə yol tapa bilməsi, intellektual səviyyəsi, yüksək insani keyfiyyətləri, fərdi bacarıqları sayəsində mümkün olmuşdur. İctimai Nəzarət Koalisiyasının üzvləri sırasında toplananlar arasında da heç bir sosial sərhəd tanınmır. Müxtəlif sahələrdə çalışan adi işçilər də, yüksək rütbəli şəxslər də burada özünü bir ailənin üzvü kimi hiss edir. Bu ictimai ailənin hər bir üzvünün yeganə amalı isə cəmiyyətdə baş verən haqsızlıqlarla mübarizə aparmaq, narazılıqları aradan qaldırmaqdır. Hər zaman müşahidə etdiyimiz, şahidi oldugumuz qanunsuzluqların, haqlı-haqsız mücadilələrin həllinə köməklik bu ailənin öhdəliyinə götürdüyü əsas vəzifələrdir. Buradakı fəaliyyətin maddi ehtiyacları təşkilata daxil olan ianələr və Rasim Məmmədovun şəxsi hesabı ilə ödənilir. Heç bir təşkilat rəhbərliyinin malik olmadığı bu fədakarlıq nümunəsini Rasim Məmmədovu tanıyanların çoxu bilməsə də, yorulmaz fəaliyyəti ilə həyata kecirdiyi xeyirxah əməllər və haqsızlıqlarla mübarizədə qələbə soraqlari minlərlə insana məlumdur. İctimai Nəzarət Koalisiyası hər zaman öz üzvləri ilə mədəni-kreativ və virtual-ictimai layihələr həyata keçirir. Pandemiya dövrü başlayandan İNK fərqli, modern strukturlaşmaya start vermişdir. İctimai Nəzarət Akademiyasının yaradılması isə İNK-nın tarixə yazılacaq əhəmiyyətli layihəsi olmuşdur. 123 QHT, KİV, İnternet portalı və saytını birləşdirən İctimai Nəzarət Koalisiyası Sabitlik və İnkişaf Mərkəzi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi ilə birgə Vətəndaş Cəmiyyəti Platforması yaratmışdır. İNK-nın bu platformadan həyata baxışı və birgə fəaliyyəti hər zaman uğurlarla qarşılaşacaq.
Sənubər Qasımova
İctimai Nəzarət Koalisiyasının mətbuat xidmətinin rəhbəri
Daha çox xəbər:
İNK bütün dünya azərbaycanlıları ilə – VİDEO
Ölkə, Videoİctimai nəzarətin gücləndirilməsi hər bir vətəndaşın borcudur
CəmiyyətBu gün oktyabrın 1-i İctimai Nəzarət Koalisiyasının yaranmasının 5 ili tama ...
SiyasətBakıda karantinə nəzarət gücləndirildi
CəmiyyətHəftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının səbəbi açıqla ...
Ölkə