Ölkə
26 avqust 2021
1261
Humanizm və çeviklik Mehriban xanım Əliyevanın fəaliyyətində ehtiva olunan keyfiyyətlərdir
“Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərov - Azərbaycan cəmiyyətində qadınların həmişə öz yeri olub. Tariximizdə qadınların dövlət işlərində, siyasətdə və diplomatiyada əldə etdikləri böyük uğurlar barədə xeyli nümunələr var. Müasir dövrümüzdə də Azərbaycan qadınları dövlətin idarə edilməsində, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə aktiv fəaliyyət göstərirlər. Bu mənada Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün qadınlar üçün örnəkdir.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət, xeyriyyə, qayğı, yardımetmə kimi humanist fəaliyyətləri daim diqqət mərkəzində olmuşdur. Mehriban xanım Əliyevanın uzun illər Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvərliyə, humanizmə, mərhəmətə, şəfqətliyə əsaslanan proqramları böyük marağa səbəb olub. Fond Azərbaycanla yanaşı, xarici ölkələrdə də humanist məzmunlu mədəniyyət layihələri reallaşdırmaqla böyük rəğbət qazanıb. Mehriban xanım Əliyevanın bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində insan amili dayanır. Mehriban xanım Əliyevanın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər. Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və geniş fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət məramı dayanır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmanın inkişafına verdiyi töhfələr hamıya məlumdur. “İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və həmrəylik rəmzidir” – deyən Mehriban xanım Əliyeva idmanın cəmiyyətin həyatında oynadığı rolu yüksək qiymətləndirərək, onun həm də birləşdirici gücünün olduğunu vurğulayır. Azərbaycanın birinci xanımı 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. 2003-2004-cü illərdə ölkəmiz beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib. 2015-ci ildə isə Mehriban xanım Azərbaycanda birinci Avropa Oyunlarının və bədii gimnastika üzrə beynəlxalq kubok yarışının uğurla keçməsində böyük rol oynayıb. O, həmçinin IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların yüksək səviyyədə keçirilməsi işinə də bilavasitə rəhbərlik edib. Hərtərəfli inkişafa üstünlük verməklə Mehriban xanım Əliyevanın həyata keçirdiyi inkişaf strategiyası nəticəsində, hazırda Azərbaycanın 18 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir.
Əminliklə deyə bilərik ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər çoxşaxəli və misilsizdir. Azərbaycanın birinci xanımı Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident cənab İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi olan, modern Azərbaycan qadınının obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq surətdə canlandıran bir liderdir.
Daha çox xəbər:
Vüqar Əhmədov: Daxili siyasət sahəsində Mehriban xanım Əliyevanın əsas fəal ...
Gündəm, Siyasətİlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
Gündəm, Siyasət, Video“Məni yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm”
Şou biznesPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir h ...
Gündəm, SiyasətMehriban Əliyeva şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü — F ...
Cəmiyyət