Ölkə
08 iyul 2020
1062
“Sağalmışam, sevinə-sevinə evimə gedirəm” - Video
Son günlər statistikaya nəzər salsaq, Azərbaycanda koronavirusdan sağalanların sayının artdığını görərik. Belə ki, ötən günün rəqəmlərinə əsasən daha 453 nəfər COVİD-19 virusundan sağalaraq evə buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, xəstəliyin ağır günlərini geridə qoyanlar REAL TV-yə xəstəliklə mübarizə apardıqları çətin günlərdən danışıb. Dedikləri ilk cümlələrsə belə olub: “Hələ də bəzi insanlar buna barmaqarası baxır. Yalan deyil, biz bunu yaşadıq. Hər gün boğulurduq”.
Nərminə Əhmədova 15 gün xəstəliklə mübarizə aparıb. Yüksək hərarətlə xəstəxanaya yerləşdirilən qadın həm də süni tənəffüs aparatına qoşulu halda mübarizəsini davam etdirib. Hazırda isə verdiyi bütün analizlərin cavabı təmiz çıxıb: “Sağalıb evə yazılmışam. Sevinə-sevinə evimə gedirəm. Bu gün ayaqüstəyəm, rahatam, özümü çox sərbəst hiss edirəm. Hər kəs özünü və ətrafını qorumalıdır”.
Xəstəlikdən sağalan Alimə Aşurova isə xəstəxanaya gəldiyi günlərdə vəziyyətinin heç də yaxşı olmadığını bildirib: “İkinci gün dedim ki, özümü pəncərədən aşağı atacam. Dözə bilmirdim. Məndən çox qorunan yox idi. 40 il həkim işləmişəm”.
Sağalanlardan biri də Ələmdar İsgəndərovdur. O, 17 gün xəstəxanada müalicəsini davam etdirib və ötən gün evə buraxılıb: “Həkimlərimiz sağ olsun, bizi müalicə etdilər. Üç gün süni tənəffüs aparatına bağlı qaldım, həqiqətən həddindən ağır xəstəlikdir”.
Daha çox xəbər:
“Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır” — Komitə sədr ...
CəmiyyətTürkiyədə müsbət dinamika davam edir: Son sutkada koronavirusdan sağalanlar ...
DünyaAzərbaycanda süni tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı açıql ...
CəmiyyətTeymur Mustafayev koronavirusdan vəfat edib — RƏSMİ
Gündəm, Şou biznesAzərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dol ...
Gündəm, Cəmiyyət