Ölkə
15 sentyabr 2020
1024

Təhsil nazirindən “Bilik günü” münasibətilə TƏBRİK

Təhsil nazirindən “Bilik günü” münasibətilə TƏBRİK


Təhsil naziri Emin Əmrullayev “Bilik günü” münasibətilə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:

“Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər!

Dövlət başçımız tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində mühüm qərarlar verilib. Hökumətimiz tərəfindən bu sahədə bir sıra səmərəli tədbirlər həyata keçirilməkdədir. Görülmüş tədbirlər nəticəsində təhsil ilimizi və tədrisimizi ehtiyatla və inamla bərpa edə bilirik.
Bildiyimiz kimi, karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə müvafiq qaydalar və təlimatlar hazırlanıb. Mövcud şəraitdə tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq.

Yaranmış çətinliklərin öhdəsindən yalnız bir-birimizə dəstək olaraq gəlmək olar. İnanıram ki, hamılıqla qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq.

Yeni tədris iliniz mübarək olsun!”
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli