Siyasət
10 avqust 2020
198
“Son dəfə onunla Qurban bayramında danışdım” - Səfər Əbiyev
Sabiq Müdafiə naziri Səfər Əbiyev müavini, general-leytenant Çingiz Məmmədovun vəfatından kədərləndiyini ifadə edən ürək sözlərini paylaşıb.
Moderator.az həmin məlumatı təqdim edir:
"Bu acı xəbər məni çox üzdü. Çox duyğulandım. Amma nə etməli ki, yaranan bir gün köçəcək. Uzun illər bir yerdə çalışdığım, peşəkar hərbçi, həyatını və ömrünü ordumuzun inkişafına həsr etmiş general-leytenant Çingiz Məmmədovun ölümünü olduqca ağır qarşıladım.
O, uzun sürən ağır xəstəlikdən sonra gözlərini əbədi dünyaya yumdu və haqqın dərgahına qovuşdu. Xəbəri gecə eşitdim. Oğlu yazmışdı. Son dəfə onunla Qurban bayramı günü danışdım. Bayramını təbrik etdim və artıq səs o səs deyildi...
Əzizim Çingiz, Allahdan Sənə böyük rəhmətlər diləyirəm! Yerin cənnət-məkan olsun! Əlvida dostum, əlvida əsgər yoldaşım!”.
Daha çox xəbər:
Azərbaycanın 52 yaşlı general-leytenantı vəfat edib
HadisəDTX-nin həbs etdiyi general-leytenant azadlığa buraxılıb? — RƏSMİ
KriminalGeneral-leytenant Firudin Nəbiyev dünyasını dəyişdi
HadisəƏlvida pandemiya! Əlvida koronavirus! — FOTOLAR
DünyaAzərbaycanda kimlər general-polkovnikdir? — SİYAHI
Siyasət