Siyasət, Video
18 avqust 2020
392
Rusiyanın hərbi gəmiləri Bakıya gəldi — VİDEO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala” və "Astraxan” kiçik artilleriya gəmiləri, "SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

Daha çox xəbər:

Hərbi hissələrdə Qurban bayramı qeyd edilib — FOTO
Cəmiyyət
Türkiyə hərbçiləri Bakıya gəldi – VİDEO
Siyasət
Ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcə ...
Siyasət
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib — SON DƏQİQƏ
Siyasət
Azərbaycan hərbçiləri bu gün Moskvada Qələbə paradında iştirak edəcək
Gündəm, Ölkə