Siyasət
22 avqust 2020
306

"Onlar bilərəkdən qaydanı pozurlar" — Adil Əliyev Ramiz Mehdiyevin nəvəsinin TOYUNDAN DANIŞDI

"Onlar bilərəkdən qaydanı pozurlar" — Adil Əliyev Ramiz Mehdiyevin nəvəsinin TOYUNDAN DANIŞDI


Təəssüflər olsun ki, bəzi səlahiyyətli şəxslər karantin rejimi qaydalarını bilərəkdən pozmaqla görülən işlərə kölgə salmaqla, cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar.

Bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev avqustun 18-da AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı cəmiyyətdə yaranan ajiotajla bağlı mövqeyini açıqlayarkən deyib.
Vitse-spiker bildirib ki, cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır: “Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir. Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır”.

Millət vəkili təssüflər qeyd edib ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər: “Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın”.