Siyasət
26 avqust 2020
329

Ceyhun Bayramov bu gün Rusiyaya gedir

Ceyhun Bayramov bu gün Rusiyaya gedir


Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya ilk rəsmi səfəri baş tutacaq.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Moskva ilə Bakı arasındakı ikitərəfli münasibətlərə dair bir sıra aktual məsələlər müzakirə ediləcək.

Azərbaycan XİN-in rəhbəri olaraq ilk dəfə Rusiyaya səfər edəcək C. Bayramov, həmçinin Baş Nazirin müavini Aleksey Overçuk və Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla da görüşəcək.