Siyasət
26 avqust 2020
303
Kamran Əliyev prokuror köməkçisini qovdu
Baş prokuror Kamran Əliyev pozuntulara yol verən prokuror köməkçisini orqandan xaric edib.
Baş Prokurorluqdan verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı informasiyalar paylaşılıb.
Bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılıb.
Toplanmış materiallar Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” əsasında yeni yaradılmış İntizam Komissiyasına təqdim olunub.
İntizam Komissiyasında xidməti yoxlama materiallarına baxılaraq Əsgər Həsənovun “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozaraq prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi, o cümlədən eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmaması müəyyən edildiyindən onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunub.
Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.
Daha çox xəbər:
Kamran Əliyevdən daha bir təyinat
SiyasətKamran Əliyev onu mətbuat xidmətinin rəhbəri təyin etdi
SiyasətBaş prokurordan yeni təyinatlar
SiyasətBaş prokuror 2 şəhər və 4 rayona yeni prokurorlar təyin etdi - Prokurorluq ...
Gündəm, SiyasətKamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
Cəmiyyət