Siyasət
31 avqust 2020
371
İlham Əliyev Vahid Ələkbərovu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərova təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Vahid Yusuf oğlu,
Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.
“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm”.
Daha çox xəbər:
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
Ölkəİlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Gündəm, SiyasətMehriban Əliyeva jurnalistləri təbrik etdi
Gündəm, ÖlkəAzərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Gündəm, Siyasətİlham Əliyev Vladimir Putinə məktub yazıb
Gündəm, Siyasət