Siyasət
02 sentyabr 2020
547
Azərbaycan vətəndaşlarının 90,8%-i Prezidentə tam etibar edir — SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı çap edilib.
APA-nın məlumatına görə, hesabat 2020-ci ilin birinci rübünü - yanvar-mart aylarını əhatə edir.
Respondentlərin Prezidentə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib.
Prezidentə “Tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90,8%) təşkil edir.
Bundan əlavə, respondentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib.
Ümumilikdə isə respondentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.
Daha çox xəbər:

68.5 faiz əhali Mehriban Əliyevaya tam etibar edir - Sorğu
Siyasət
Prezidentin ordu ilə bağlı fəaliyyətindən əhalinin çoxu razıdır
Gündəm, Siyasət
Prezident: “Mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz ...
Siyasət
Prezidentə və nazirə yazılan məktublar yoxa çıxıb- Səs yazısı
Sosial, Video
Qanunu pozan polis cəzalandırıldı, vətəndaş Prezidentə təşəkkür etdi — VİDE ...
Gündəm, Cəmiyyət