Siyasət
07 oktyabr 2020
1046
Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib: "Qələbə bizimdir!"
"Bir daha bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı çərçivəsində həll olunmalıdır".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik məktubunda qeyd edib.
"Müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına layiqli töhfələr verən qardaş Türkiyə həmişə olduğu kimi bu gün də bizimlə həmrəydir, qətiyyətli mövqeyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması naminə haqq işimizi dəstəkləyir. Bizə böyük mənəvi güc verən bu misilsiz dəstəyinə görə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına bir daha dərin minnətdarlığımı bildirirəm. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!", - dövlət başçısı vurğulayıb.
Daha çox xəbər:
Ramil Quliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”
İdmanİlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu
Gündəm, Siyasətİlham Əliyevdən Ərdoğana təbrik məktubu
SiyasətAzərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
SiyasətAzərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Gündəm, Siyasət