Siyasət
16 oktyabr 2020
317
Baş Nazir Suqovuşanla bağlı sərəncam imzaladı
Baş Nazir Əli ƏsədovTərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 173-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, qanunun tətbiqinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Həmçinin, razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müvafiq maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilir və Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Daha çox xəbər:
Baş nazir karantin rejimi ilə bağlı sərəncam imzaladı
SiyasətPrezidentdən doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmill ...
SiyasətBaş nazirdən “Mediasiya haqqında” qanunla bağlı QƏRAR
SiyasətDövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
Gündəm, İqtisadiyyatArtıq nikah şəhadətnaməsində bu məlumat da olacaq — Baş Nazirdən QƏRAR
Siyasət