Siyasət
22 oktyabr 2020
220
Türkiyənin Baş Ombudsmanı: "Apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir"
"Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı".
Bunu Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz.Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir", - deyə o əlavə edib.
Daha çox xəbər:
İlham Əliyev: "Onlara xaricdən yardım edilir, oraya muzdlular göndərilir"
Siyasətİlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib - YENİLƏNİB
Gündəm, SiyasətPrezident: "Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır"
Gündəm, SiyasətRamil Quliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”
İdmanAzərbaycanın Ombudsmanı fəaliyyətini dondurub? — YENİLƏNİB + FOTO
Gündəm, Siyasət