Siyasət
27 oktyabr 2020
168
Prezident: "Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir"
“Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində bildirib.
“Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”, - ölkə başçısı qeyd edib.
Daha çox xəbər:
Prezident: "Onlar düz 2 dəqiqə sonra atəşkəsi pozdular"
Gündəm, Siyasətİlham Əliyev: "Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik"
SiyasətDövlət başçısı: "Haqlı olmağımızı döyüş meydanında sübut edirik"
Siyasətİlham Əliyev: "Onlara xaricdən yardım edilir, oraya muzdlular göndərilir"
Siyasətİlham Əliyev: "233 erməni tankı bizdədir"
Siyasət