Siyasət
31 oktyabr 2020
311
Ceyhun Bayramov BQXK-nın baş direktoru ilə görüşüb

Cenevrəyə işçi səfəri çərçivəsində nazir Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir ki, mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər.
C.Bayramov bölgədə mövcud olan son vəziyyətlə bağlı qarşı tərəfi məlumatlandırıb. O, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalisinin və mülki infrastrukturunun bilərəkdən hədəfə alınması, qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulması və bu günədək mülki əhali arasındakı ağır itkiləri vurğulayıb.
Bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasının vacibliyi qeyd olunub.

Daha çox xəbər:

Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb
Siyasət
Ceyhun Bayramov almaniyalı həmkarı ilə telefonla danışdı
Siyasət
Əfqanıstan növbəti dəfə Azərbaycana dəstək verib
Siyasət
Ceyhun Bayramov: "Xaricdəki həmkarlarımı məlumatlandırmışam"
Siyasət
Ceyhun Bayramov XİN başçısı kimi ilk iclasa qatıldı - Foto
Siyasət