Siyasət
20 noyabr 2020
212

Polis Akademiyasına rəis təyin olunub

Polis Akademiyasına rəis təyin olunub


Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni rəis təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, polis polkovniki Canpolad Daanov Polis Akademiyasına rəis təyin olunub.

Qeyd edək ki, C. Daanov bu təyinatadək Polis Akademiyasının rəis əvəzi olub.