Siyasət
25 noyabr 2020
246
Pentaqon Qarabağ bəyanatına münasibət bildirib
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının nəticəsinə əsasən Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında razılaşmaya riayət edilir. Amerika tərəfi hadisələrin belə inkişafını alqışlayır.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman bildirib.
"Xoşbəxtlikdən deyə bilərəm ki, indi Azərbaycan və Ermənistan arasında göründüyü kimi, bu mərhələdə riayət edilən sülh razılaşması var", - Pentaqon rəsmisi deyib.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair bəyanat imzalanıb.
Daha çox xəbər:
Paşinyan: "İstefa verməyəcəm"
DünyaRusiya Müdafiə Nazirliyinin saytında Qarabağla bağlı bölmə yaradıldı
Dünyaİlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
SiyasətHəmsədrlərdən Dağlıq Qarabağda vəziyyətlə bağlı BƏYANAT
Siyasət“Lazım olduğu təqdirdə Putinlə Əliyev arasında telefon danışığı baş tutacaq ...
Gündəm, Siyasət