Siyasət
04 dekabr 2020
271
Prezident: "Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb"

"Ermənistan BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etmişdir. Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışmışdır. Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olmuşdur".
Bunu Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxışı zamanı bildirib.
"İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir", - deyə İlham Əliyev əlavə edib.

Daha çox xəbər:

Azərbaycan Prezidenti: "Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur e ...
Siyasət
İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxışı - TAM MƏT ...
Gündəm, Siyasət
İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edir - CANLI ...
Gündəm, Siyasət, Video
BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul edib
Siyasət
Azərbaycan Prezidenti BMT-nin xüsusi sessiyasında çıxış edəcək
Siyasət