Siyasət
17 dekabr 2020
277
Vilayət Eyvazov Cəmşid Hənifəyevi yeni vəzifəyə təyin etdi
Bakı şəhəri, Binəqədi rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis təyin edilib.
Report xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Binəqədi rayon DYP şöbəsinin rəisi vəzifəsindən azad olunan polis mayoru Mərdan Əliyev isə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Cəmşid Hənifəyev əvvəllər Səbail rayon DYP Şöbəsinin rəisi vəzifəsində çalışıb.