Siyasət
22 dekabr 2020
270
Vətən Müharibəsindəki qələbəmiz əfqanıstanlı rəsmilərlə müzakirə edildi

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bununla bağlı Müdafiə Nazliyi məlumat yayıb.
Görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən, hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
General-leytenant K.Vəliyev Əfqanıstan nümayəndə heyətinə regiondakı təhlükəsizlik vəziyyəti, eyni zamanda, Azərbaycanın ordusunun Vətən Müharibəsində əldə etdiyi qələbə və həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verib.
Daha çox xəbər:

İlham Əliyev Əfqanıstanın milli təhlükəsizlik müşavirini və Prezident Admin ...
Siyasət
Azərbaycanın 52 yaşlı general-leytenantı vəfat edib
Hadisə%20(1).jpg)
DTX-nin həbs etdiyi general-leytenant azadlığa buraxılıb? — RƏSMİ
KriminalAzərbaycanda kimlər general-polkovnikdir? — SİYAHI
Siyasət
Azərbaycan hərbçiləri bu gün Moskvada Qələbə paradında iştirak edəcək
Gündəm, Ölkə