Tel: 099 340 40 33

Siyasət
18 yanvar 2021
422

Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanıldı

Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanıldı


Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçirilməsinə başlanılıb.

Artıq yanvarın 15-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Bu gün - yanvarın 18-də isə Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.

İclasın gündəliyinə isə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.